Sahib Məmmədov: “İqtisadiyyat Nazirliyində sahibkarların şikayətlərinə operativ olaraq baxılacaq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahib Məmmədov: “İqtisadiyyat Nazirliyində sahibkarların şikayətlərinə operativ olaraq baxılacaq”

14:05 - 09 / 02 / 2016
Sahib Məmmədov: “İqtisadiyyat Nazirliyində sahibkarların şikayətlərinə operativ olaraq baxılacaq”

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılıb.

Bu haqda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Apellyasiya Şurası İqtisadiyyat Nazirliyində də yaradılıb.

“Şuranın yaradılmasının əsas səbəbi sahibkarların- fiziki və hüquqi şəslərin şikayətlərinə operativ və obyektiv şəkildə baxılmasıdır.  Apellyasiya Şurası   mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən verilən qərarlarla bağlı sahibkarların şikayətlərini nəzərdən keçirəcək”,- o, deyib.

Nazir müavini qeyd edib ki, sahibkarların İqtisadiyyat Nazirliyi ilə bağlı şikayətləri qanunvericilə uyğun olaraq nəzərdən keçiriləcək.

“Apellyasiya Şurasına həm elektron formada, həm də 195-2 “qaynar xətt” vasitəsilə müraciət etmək mümkündür”,- S.Məmmədov deyib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov qeyd edib ki, Apellyasiya Şuralarının yaradılması sahibkarların şikayətlərini fəqdi qaydada baxılmasına verəcək.

“Yəni, həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları həmin orqanların qəbul etdikləri qərarlardan, hərəkət və yaxud hərəkətsizliyindən narazı qalan sahibkarların bu orqanlara müraciət qaydasını müəyyənləşdirir. Həmin qaydaya əsasən oradakı Apellyasiya Şurası sahibkarın müraciətinə baxmalı və 3 gün ərzində ona yazılı qərar verməlidir ki, onun şikayəti təmin olunur, yoxsa təmin olunmur. Sahibkar bu qərarı aldıqdan sonra narazı qalarsa, o, cənab Prezidentin yanında yaradılmış Apellyasiya Şurasına müraciət edə bilər. Bu Şura aşağı apellyasiya şuralarının verdiyi qərarları dəyişə, ləğv edə, yeni qərar çıxara və yaxud zəruri hallarda cənab Prezidentə müraciət etməklə müvafiq icra qurumlarına konkret göstərişlər, tapşırıqlar verə bilər.

Bu sistemin yaradılması nəyi dəyişəcək? Artıq yerli icra hakimiyyəti orqanı bu müraciətə və yaxud şikayətə baxanda çox gözəl anlayacaq ki, onun bu işə baxması qanun pozuntularına və sahibkarı qane etməyən hallara gətirib çıxararsa, artıq sahibkar Prezidentin yanında Apellyasiya Şurasına müraciət edəcək. Əgər Prezident yanında Apellyasiya Şurasının qərarı ilə yerli və yaxud mərkəzi icra hakimiyyəti orqanının Apellyasiya Şurasının qərarı ləğv ediləcəksə, təbii ki, o qərarı qəbul edən, imzalayan şəxslər barədə tədbirlər görüləcək”,- N.Əmirov bildirib.

1news.az

 

Paylaş:
3046

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər