AZAL Moskvadan Bakıya yeni promo-aksiya elan edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Moskvadan Bakıya yeni promo-aksiya elan edir

16:22 - 09 / 02 / 2016
AZAL Moskvadan Bakıya yeni promo-aksiya elan edir

“Azərbaycan Hava Yolları” (AZAL) Moskvadan Azərbaycanın paytaxtına – Bakı şəhərinə olan uçuşlara yeni promo-aksiya elan edir.

Bu haqda 1news.az-a AZAL-dan verilən xəbərə görə, “Budget” tarifi üzrə Moskva-Bakı aviabiletini fevralın 9-dan martın 1-dək əldə etdikdə qiymət cəmi 69 avro, Moskva-Bakı-Moskva istiqamətinə isə cəmi 158 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.

AZAL-ın Moskvadan Bakıya uçuşları hər gün “Domodedovo” və “Vnukovo” beynəlxalq hava limanlarından həyata keçirilir.

Qeyd edək ki, Bakıdan Moskvaya “Budget” tarifi üzrə aviabiletin qiyməti 89 avro, Bakı-Moskva-Bakı marşrutu üzrə isə – 129 avro təşkil edir.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz: 

Moskvada: +7 (495) 660-17-77

Bakıda: (+99412) 598-88-80; *8880

e-mail: [email protected]

1news.az

Paylaş:
771

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər