Səudiyyə Ərəbistanının xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə görüşüb
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr Vaşınqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.
1news.az-ın Anadolu agentliyinəistinadla verdiyi məlumata görə, görüşdə Suriya məsələsi müzakirə olunub.
Suriya müxalifəti ilə görüşlərin yaxşı nəticələr verəcəyinə inamını ifadə edən Con Kerri bildirib ki, atəşkəsin əldə olunması üçün bu görüşlər mühüm əhəmiyyət daşıyır. “Diplomatik yolla münaqişənin həllinə nail olunacağına inanıram”.
ABŞ-ın dövlət katibi Səudiyyə Ərəbistanının İŞİD-lə mücadilə üçün qoşun göndərmək niyyətində olmasını müsbət qarşıladıqlarını söyləyib.
Adil Əl-Cubeyr isə Suriya ilə bağlı BMT-nin 2254 sayılı qərarına uyğun addımların atılmasının çox önəmli olduğunu vurğulayıb.
Görüşdə İsrail-Fələstin məsələsi da müzakirə olunub.
1news.az