Bakıda iki uşaq anası doğuşdan sonra ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki uşaq anası doğuşdan sonra ölüb

22:55 - 09 / 02 / 2016
Bakıda iki uşaq anası doğuşdan sonra ölüb

Beyləqan rayon Nil qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü iki uşaq anası Xanəliyeva Elnurə Elman qızı doğuşdan sonra ölüb.

1news.az xəbər verir ki, xəstənin yaxınlarının APA-ya verdiyi xəbərə görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə  Sabunçu xəstəxanasına gətirilib. Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə  əməliyyatı olunmasını qərara alıblar.

Qeysəriyyə əməliyyatından sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib.

1news.az

 

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər