Gürcüstanda terror aktının qarşısını almaq mümkün olub
Gürcüstanda Qori- Nikozi marşrutu ilə hərəkət edən sərnişin qatarı fəlakətdən qurtarıb.
1news.az Qruziya Onlayn -agentliyinə istinadən xəbər verir ki, Nikozidən Qoriyə daxili xətlə qayıdan qatar Axaldaba kəndi yaxınlığında reyslər zədələndiyi üçün sürücü qəflətən əyləcə basaraq qatarı saxlamağa məcbur olub. Bu fakt 19 yanvar tarixində qeydə alınıb.
Qatar reysdən çıxsaydı böyük fəlakət baş verə bilərdi. Belə ki yaxınlıqdan Bakı-Ceyhan boru kəməri keçirdi. Fəlakət qarşısını alan sürücü qatarı zamanında saxlamağa nail olub.
"Rustavi-2" teleşirkətinin məlumatına görə, araşdırma nəticəsində hadisənin terror aktı olduğu müəyyənləşib. Lakin güc orqanlarında qeyd olunur ki, yalnız rels saxlayanların oğurluğu işi üzrə araşdırma aparılır.
Yayılan məlumata görə, həmin gecə elektrik ötürücü xətləri də həmin ərazidən oğurlanıb.
1news.az