Ev almaq istəyənlər niyə “Melissa Park”ı seçirlər?
Ev almaq, arzusunda olduğu mənzilə qovuşmaq hər kəsin arzusudur.
Lakin bəzi hallarda bu arzusunu reallaşdırmaq istəyənlər müxtəlif problemlərlə qarşılaşırlar: ya aldıqları evin sənədləri qaydasında olmur, ya yaşadıqları binanın keyfiyyətsiz tikildiyi üzə çıxır, ya binada yaşayan insanların təhlükəsizliyi lazımınca qorunmur, ya da bina tikilərkən sakinlərin istirahəti, ümumiyyətlə, rahatlığının təmin olunması nəzərə alınmır. Hətta elə olur ki, külli miqdarda vəsait ödəyərək ev alan vətəndaş sonradan aldığı evin bir neçə adama satıldığını öyrənir və s.
“Melissa Park” şirkəti bütün bunları nəzərə alaraq müştərilərini yüksək keyfiyyətli və rahat mənzillərlə təmin etməyi qarşısına məqsəd qoyub. Belə ki, şirkət müştəriləri analiz edərək onların istəklərini qarşılayacaq təkliflərlə çıxış edir. Həmin təklifləri təqdim edirik:
Müxtəlif ödəniş şərtləri
Sirr deyil ki, müştərilərin böyük bir qismi mənzil əldə etmək istərkən ödəniş problemi ilə qarşılaşır və mənzilin tam dəyərini nəğd şəkildə həyata keçirə bilmirlər. Bunları nəzərə alaraq “Melissa Park” müştəriləri üçün müxtəlif qiymət siyasəti və ödəniş şərtləri təklif edir :
- Nəğd ödəniş (xüsusi güzəştli qiymətlərlə)
- İpoteka krediti (müxtəlif şərtlərlə 20 ilədək)
- Mərtəbə və otaq sayına görə fərqli qiymətlər
Müasir tikinti qaydaları
Mənzil bazarında baş verən bir çox problemlər müştəriləri narahat edir çox zaman mənzil alışında ciddi tərəddüdlərə səbəb olur. Adətən bu narazılıqlar tikintinin vaxtında başa çatdırılması, mənzillərin təhvili, tikintinin düzgün sənədləşdirilməsi və s-dən ibarətdir. Qeyd edilən narazılıqları aradan qaldırmaq üçün “Melissa Park” aşağıdakı prinsipləri rəhbər tutur :
- Sənədləşmə işini tam başa çatdırmadan tikinti və satışa başlamamaq,
- ”İlk al, ilk yaşa“ məntiqli modulyar yaşayış kompleksi ideyasına sadiq qalmaq. Bu ideyanın tətbiqi o deməkdir ki, Şirkət kompleksi hissə-hissə tikir, ancaq tikintisinə başladıqlarını satışa çıxarır və başa çatdıraraq yaşayışa təhvil verir. Hətta tam sənədləşməsi başa çatsa belə tikintisi başlamadan satışa çıxarılmır,
- Satışlara bank tərəfindən nəzarət edildiyi üçün bir mənzilin bir neçə nəfərə satılması riski yox səviyyəsindədir,
- İpoteka ilə satışlar çoxluq təşkil etdiyi üçün tikintinin vaxtında başa çatdırılmasına və vəsaitin düzgün xərclənməsinə Bank tərəfindən ayrıca sərt nəzarət mövcuddur.
Beləliklə, müştəri tikintinin sənədləşdirilməsi və başa çatdırılması ilə əlaqədar risklərdən azad edilir.
Peşəkar layihələndirmə
Alınmış mənzil sahəsi ilə faydalı sahə arasındakı fərq müştərilər üçün ciddi bir problemdir. Mənzil müştəri pulunu ödədiyi sahənin əldə edərkən lazımsız sahələrin mövcudluğundan və aldadılmasından ciddi narahatlıq keçirir. Tikinti prosesinin düzgün təşkili və müştəri məmnuniyyəti binanın optimal layihələndirilməsindən birbaşa asılıdır. “Melissa Park”ın bu sahədəki həlləri bunlardır :
- Layihələndirməni normalara uyğun aparmaq,
- Mənzilin faydalı sahəsini maksimum səviyyəyə çatdırmaq,
- Eyvan sahələrini müştəri ehtiyacına uyğunlaşdıraraq minimum səviyyədə saxlamaq (ümumi sahənin 2-3 % nisbətində),
- Ümumi sahələr, sanitar qovşaq və s. sahələri müştəri ehtiyacına uyğun olaraq optimal şəkildə tənzimləmək,
- Satış sahəsinə ancaq müştərinin faydalanacağı sahələri daxil etmək.
Optimal yerləşmə
Məlum olduğu kimi, yaşayış yerinin infrastruktura-avtobus duracağına, metro stansiyasına yaxın olması və şəhərin önəmli yerlərinə qısa müddətdə gedib-gəlmə imkanı hər bir insanın arzuladığı xəyaldır. Lakin bəzən bu xəyalların reallaşması çətin olur. “Melissa Park” yaşayış komplekslərinin tikintisini həyata keçirdiyi zaman onun yerinin optimal olmasına xüsusi diqqət edir. Şirkət tətərfindən hazırlanan layihələrdə yerləşmə aşağıdakı kimi həll edilib:
- Layihənin şəhərə bir neçə giriş-çıxışı mövcuddur,
- Yaşayış kompleksi 20 Yanvar metrosunun 5 dəqiqəlik piyada yürüşündə yerləşir.
Tam təmir
Yəqin razılaşarsınız ki, yeni evinə köçdükdən sonra sakit həyat, gözəl qonşuluq və xoş günlər insanların arzusudur. Lakin bitməyən mənzil təmirləri, davamlı tikinti materialların daşınması, ətrafın çirkləndirilməsi, nəmalum usta və briqadaların binaya daxil olması bu arzuları alt-üst edir və narahatlıq hətta qonşularla münasibətin korlanmasına gətirib çıxarır. Bu xofun aradan qaldırılması üçün “Melissa Park” tam təmirli mənzillər təklif edir :
- Yaşayış kompleksinin həyətyanı sahəsi tam təmir edilib istifadəyə verilir,
- Binaların ümumi sahələri tam təmir edilir,
- Mənzillər müştəriyə tam şəkildə təmir edilərək “Gəl Yaşa!” sloqani ilə təqdim edilir.
Üstün keyfiyyət
Məlum olduğu kimi, mənzilin gözəlliyi və etibarlığı onun tikinti, istifadə edilən material və təmir keyfiyyətindən asılıdır. “Melissa Park” yaşayış komplekslərinin tikintisində üstün keyfiyyət prinsipini maksimum səviyyədə icra etməyə açlışır. Əsas prinsipləri isə aşağıdakılardır:
- İnşaat materiallarının seçilməsində Keyfiyyət Nəzarət sisteminin tətbiqi,
- İşlərin icrasında podratçılara nəzarət sisteminin təşkili,
- Təmir üçün orijinal sertifikatlı materiallardan istifadə edilməsi,
- Porseslərə kənar nəzarətin təşkil edilməsi...
“Rahat Həyat” konsepti
Müştərilər mənzilə köçdükdən sonra yaşayış kompleksində özlərinin və ailələrinin həyatlarının rahat olması üçün xüsusi xidmət, istirahət və əyləncə imkanları tələb edirlər. “Melissa Park” müştərilərinin rahatlığı, xoş günləri üçün layihələrində “Rahat Həyat” konsepsiyasını təklif edir. Bu konsepsiya müştərilər üçün müxtəlif həlləri əhatə edir :
- Xidmət: Müştərilərin yaşayışlarının rahat olması üçün təmizlik, həyata və binaya qulluq, mərkəzi isitmə, konsierj və sair əhatə edəcək xidmətlər,
- İstirahət: Müştərilərin və ailələrinin dincəlməsi üçün maksimum açıq və qapalı istirahət zonalarının olması,
- Əyləncə: Böyüklərin və kiçiklərin asudə vaxt keçirməsi üçün müxtəlif fiziki və intellektual əyləncə sahələri,
- AVZ (Alış-veriş zonaları): Şirkət müştərilərinə yaşayış kompleksindən çıxmadan gündəlik ehtiyaclarını təmin edən kafe-restoran və mağazaların olmasını təşkil edir,
- Təhlükəsizlik: Hər bir müştəri gündəlik həyatında təhlükəsizliyindən rahat olmasını istəyir. Şirkət binaya giriş və çıxışdan tutmuş gündəlik fəaliyyət zamanı təhlükəsizlik tədbirini nəzərdə tutan sistemlərin quraşdırlmasını təmin edir.