Azərbaycan AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamənin qəbul olunmamasında ABŞ Dövlət Departamentinin rolunu araşdırır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamənin qəbul olunmamasında ABŞ Dövlət Departamentinin rolunu araşdırır

15:38 - 10 / 02 / 2016
Azərbaycan AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamənin qəbul olunmamasında ABŞ Dövlət Departamentinin rolunu araşdırır

Azərbaycanın Vaşinqtondakı səfirliynə AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamənin qəbul olunmamasında ABŞ Dövlət Departamentinin iştirakı ilə əlaqədar sorğu göndərilib.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda çərşənbə günü jurnalistlərlə mətbuat konfransı zamanı xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, Azərbaycan XİN-i bu haqda məlumat aldıqdan sonra xəbərə aydınlıq gətirəcək.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin nümayəndələrinin AŞPA-nın Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin qəbul olunmamasında birbaşa iştirak ediblər. Bu haqda amerikalı konqresmen Adam Şiff erməni nəşri olan “Asbarez”ə müsahibəsində bildirib.

“ABŞ Dövlər Departamentinin Regional məsələlər üzrə səfiri  və dövlət katibinin köməkçisi Viktoriya Nuland da bu qətnamənin əleyhinə çıxış ediblər”, - o, bildirib.

Yanvarın 26-da AŞPA-nın qış sessiyasının əsas mövzusuna Dağlıq Qarabağla bağlı iki qətnamənin qəbulu səsverməyə qoyulmuşdu.

Bu qətnamələrdən biri Robert Volterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, digəri isə Militsa Markoviçin hazırladığı Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” layihələridir.

Hər iki sənəddə Ermənistan işğalçı ölkə kimi göstərilib.

1news.az

 

Paylaş:
774

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər