Sahib Ələkbərov: “1 yanvar tarixinə Azərbaycanda vergi borcları 2.4 milyard manat təşkil edib”
1 yanvar 2016-cı il tarixinə görə Azərbaycanda ümumi vergi borclarının həcmi 2.4 milyard manat təşkil edir.
1news.az-ın məlumatına görə, bunu 10 fevral tarixində Bakı keçirilən “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” adlı V vergi Forumunda vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, bu məbləğin yarısını dövlət təşkilatları tərəfindən vaxtında ödənilməyən vergilər təşkil edir.
“2.4 milyard manat kifayət qədər böyük məbləğdir. Lakin təcrübə göstərir ki, vergi borcları ənənəvi olaraq 2 milyard manat səviyyədində olur”,- deyə nazir müavini bildirib.
Vergi borclarının azaldılması məsələsinin hər zaman nazirliyin diqqət mərkəzində olduğunu deyən S.Ələkbərov vurğulayıb ki, nazirliyin fəaliyyəti, o cümlədən, vergiödəyicilərinə xidmət göstərilməsi haqqında Konsepsiyanın qəbulu ilə vergi ödəməlinin könüllü həyata keçirilməsi səviyyəsində dəyişiklik var. İndi bu 70 faiz təşkil edir. Qalan 30 faiz daha sonra ödənilən məbləğdir.
1news.az