Natiq Əliyev: “Sanksiyaların aradan qaldırılması İran-Azəbaycan əlaqələrində böyük rol oynayacaq”
"Sanksiyaların aradan qaldırılması İran-Azəbaycan əlaqələrində böyük rol oynayacaq".
1news.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda nəqliyyat sahəsində böyük işlət aparılır, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yaradılır:
“Rusiya, Azərbaycan və İran arasında işçi qrupu yaradılıb. Elektrik enerjisinin Rusiyadan Azərbaycana və bizdən də İrana ixracı nəzərdə tutulur. Hər üç ölkənin energetika nazirləri bunun üzərində işləyir. Bizim neft, qaz və enerji sahələrində böyük layihələrimiz var.
O cümlədən İran qazının Azərbaycandan tranzit olunması məsələsi də gündəlikdədir. Eyni zamanda Azərbaycanda İran qaz anbarlarının istifadəsi və yenidən tikilməsi və başqa sahələr var ki, bunları inkişaf etdirəcəyik".
1news.az