ARDNF Londondakı daşınmaz əmlakının icarəyə verilməsindən 3 ildə 27 milyon funt sterlinq gəlir əldə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ARDNF Londondakı daşınmaz əmlakının icarəyə verilməsindən 3 ildə 27 milyon funt sterlinq gəlir əldə edib

23:51 - 10 / 02 / 2016
ARDNF Londondakı daşınmaz əmlakının icarəyə verilməsindən 3 ildə 27 milyon funt sterlinq gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2012-ci ildə əldə etdiyi və dəyəri 177 milyon 350 min funt sterlinq həcmində olan Londonun Seynt Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak aktivinin icarəyə verilməsindən 2015-ci ilin sonuna qədər ümumilikdə təqribən 27 milyon funt sterlinq məbləğində gəlir əldə edilib.

Bu haqda 1news.az-a ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, hazırda bu əmlakın dəyəri bazarda 213 milyon funt sterlinq məbləğində qiymətləndirilir. London daşınmaz əmlak bazarının yüksək likvidliyi (“KnightFrank” şirkətinin hesablamalarına əsasən 2015-ci ilin ilk üç rübündə Mərkəzi London ərazisində əqdlərin ümumi dövriyyəsi təqribən 12 milyard funt sterlinq təşkil edib) nəzərə alınaraq bu aktivi ən qısa zamanda göstərilən qiymətə reallaşdırmaq mümkündür.

Ümumilikdə isə 2015-ci ilin sonuna qədər bu aktivdən əldə edilən gəlirlilik (icarə haqqı və qiymət dəyişməsindən əldə edilən gəlir daxil olmaqla) 30 faizdən yüksəkdir (orta illik gəlirlilik təqribən 10 faiz təşkil edib).

Qeyd edək ki, ARDNF 2012-ci ilin dekabrında daşınmaz əmlaka ilk investisiyasını həyata keçirib. Fond Londonun “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 milyon 350 min funt sterlinq təşkil edən ofis kompleksini alıb. Binanın alğı-satqı prosesində satıcı qismində “Deutsche Bank”ın vəsaitlərin idarə edilməsi bölməsinin daşınmaz əmlak investisiyaları ilə məşğul olan şirkəti RREEF Real Esteyt, ARDNF-in hüquq məsləhətçisi kimi Klifford Çans (Clifford Chance), broker qismində isə Cons Lanq Lasal (Jones Lang LaSalle) şirkəti çıxış edib.

1news.az

Paylaş:
706

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər