Azərbaycanda bir gündə 3 nəfər intihar etdi
Azərbaycanda bir gündə 3 nəfər həyatına qəsd edib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, intihar hadisələrindən biri Gəncədə baş verib. Belə ki, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Taleh Qayıbov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Digər intihar hadisəsi Ağcabədi rayonunda qeydə alınıb.
Ağcabədi şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1935-ci il təvəllüdlü Babayeva Sevil Musa qızı gecə saatlarında sirkə turşusu içərək intihar edib.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır.
Paytaxt Bakıda da bir nəfər həyatına qəsd edib. Belə ki, Zirə qəsəbəsinin sakini, 23 yaşlı Ömərli Taleh Hümbət oğlu üstünə benzin tökərək özünü yandırıb. Nəticədə o aldığı yanıq xəsarətindən dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Prokrorluğunda araşdırma aparılır.
1news.az