Sahibkarlar tərəfindən alınan bütün növ texnikalara 40 faiz güzəşt tətbiq olunacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahibkarlar tərəfindən alınan bütün növ texnikalara 40 faiz güzəşt tətbiq olunacaq

00:39 - 10 / 02 / 2016
Sahibkarlar tərəfindən alınan bütün növ texnikalara 40 faiz güzəşt tətbiq olunacaq

Bu ildən etibarən sahibkarlar tərəfindən alınan bütün növ texnikalara 40 faiz güzəşt tətbiq olunacaq.

1news.az-ın verdiyi xəbərə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Tovuz şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

Nazir bildirib ki, bu məqsədlə dövlət tərəfindən 51 milyon manat vəsait ayrılıb. Eyni zamanda, əkinçilikdə məhsuldarlığın yüksəldilməsi üçün bütün növ gübrələr 70 faiz güzəştlə satılacaq.

H.Əsədov gübrəyə artan tələbatı nəzərə alaraq, 45 milyon tondan çox ehtiyat yaradıldığını da diqqətə çatdırıb.

1news.az

 

Paylaş:
826

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər