TANAP ötən il Türkiyənin iki ən iri investisiya layihəsindən biri olub
Trans-Anadolu Qaz Boru Xətti (TANAP) Türkiyənin 2015-ci ildə iki ən iri investisiya qoyuluşu olan layihələrdən biri olub.
Bu haqda 1news.az APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatında qeyd edilib.
Məlumata görə, 2015-ci ildə ölkə iqtisadiyyatında 100 mlrd. lirədən çox investisiya yatırılıb. Bu ölkəyə yatırılan sərmayənin 33%-i enerji layihələrinin payına düşüb.
Belə ki, böyük enerji investisiya layihələrindən olan TANAP və “Tören Doğalgaz AŞ-nin” Tarsusdakı iki təbii qaz anbarına sərmayə qoyulması ilə bağlı ümumilikdə 33 mlrd. lirəlik müqavilə imzalanıb.
Türkiyə ilə Azərbaycanın birgə layihəsi olan TANAP üçün “TANAP Doğalgaz İletişim AŞ” şirkətinə müxtəlif illərdə 23,2 mlrd. lirəlik yatırım ediləcək. Bu layihələr enerji yatırımlarının rekord həddə, 37,7 mlrd. lirəyə çatmasına imkan verib.
1news.az