Türkiyədə terrorçularla atışma zamanı daha 3 hərbçi şəhid olub | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə terrorçularla atışma zamanı daha 3 hərbçi şəhid olub

13:44 - 11 / 02 / 2016
Türkiyədə terrorçularla atışma zamanı daha 3 hərbçi şəhid olub

Türkiyənin Diyarbəkir əyalətində PKK terrorçularına qarşı əməliyyat zamanı daha 3 hərbçi həlak olub.

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, insident 10 fevralda baş verib.

Türkiyə Daxili Qoşunları Baş Qərargahında qeyd olunub ki, hərbçilər atışma zamanı ağır yaralanaraq xəstəxanaya çatdırılıb. Lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu günlərdə terrorçulara qarşı keçirilən əməliyyatlarda 9 türk hərbçi həlak olub.

1news.az

Paylaş:
756

Son xəbərlər

Bütün xəbərlər