Ukraynadan yola düşən daha bir qatar bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ukraynadan yola düşən daha bir qatar bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq

15:56 - 11 / 02 / 2016
Ukraynadan yola düşən daha bir qatar bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq

Ukraynanın İliçevsk dəniz limanından fevralın 7-də Ukrayna-Orta Asiya marşrutu üzrə (Gürcüstan və Azərbaycandan keçməklə) 32 vaqondan ibarət ikinci qatar yola düşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-in Mətbuat Katibliyindən verilən məlumata görə, ikinci qatar bu gün saat 23:00 radələrində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq.

Qatarın tərkibindəki vaqonlardan 1-i Qazaxıstanın Aktau limanına, 31-i isə və Türkmənistanın Türkmənbaşı limanına - təyinatı üzrə yola salınacaq.  Vaqonların yükü ərzaq məhsullarından və dəmir məmulatlarından ibarətdir.

Xatırladırıq ki, Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulandan sonra bu, ikinci qatardır. Bu marşrut üzrə ilk sınaq reysi yanvar ayında həyata keçirilmişdir və Ukraynadan gələn birinci qatar yanvarın 22-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

Qeyd edək ki, 14 yanvar 2016-cı ildə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib,  yük qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilib, həmçinin  Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə və oradan da Çinə  daşınmasının təşkilində imtiyazlı tarif şərtləri müəyyən edilib.

1news.az

Paylaş:
607

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər