Nazir müavini: “İndiyədək 4600-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir müavini: “İndiyədək 4600-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib”

16:15 - 11 / 02 / 2016
Nazir müavini: “İndiyədək 4600-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib”

Fevralın 11-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “İdeyadan biznesə doğru” mövzusunda gənclərin iştirakı ilə tədbir keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə İqtisadiyyat Nazirliyinin, “ASAN xidmət” mərkəzinin, Azərbaycan Gənclər Fondunun, Yüksək Texnologiyalar Parkının, ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də 150-ə yaxın  gənc iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısı İlham Əliyevin gənclərin hərtərəfli inkişafına, onların cəmiyyətdə rolunun daha da güclənməsinə, məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş mühüm vəzifələrdəndir. Ölkədə sahibkarlıq fəaliyyətinə, gənclərin məşğulluğunun artırılmasına dəstək mexanizmlərindən biri də güzəştli maliyyə dəstəyinin göstərilməsidir. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 4600-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib ki, bu,14200-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb.

Biznes inkubatorların yaradılmasının gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdən olduğunu vurğulayan nazir müavini S.Məmmədov İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyətinin gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırıb.

Bir il ərzində biznes inkubatorda müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, biznes ideyalar müsabiqəsinin və digər tədbirlərin keçirilməsini, davamlı məsləhət xidmətlərinin göstərilməsini qeyd edən S.Məmmədov bu tədbirlərin gənc biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında mühüm rol oynadığını və bu işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, “ASAN xidmət” mərkəzinin əməkdaşı Fariz Cəfərov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov və digər iştirakçılar gənclərə göstərilən diqqət və qayğının daha da artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin genişləndiyini qeyd edib, dövlət proqramları çərçivəsində gənclərin təhsili və məşğulluğu sahəsində həyata keçirilmiş tədbirlər, gənclərin sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi istiqamətində görüləcək işlər barədə iştirakçılara ətraflı məlumat veriblər. 

Tədbirdə çıxış edən gənclər ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirib, gənclərin inkişafı üçün daha yaxşı şəraitin yaradılmasına dair bir sıra təkliflər səsləndiriblər.

1news.az

Paylaş:
1018

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər