Misirdə qatar relsdən çıxıb, 70 nəfərdən çox sərnişin xəsarət alıb
Bu gün səhər Misirdə dəmiryol qəzası baş verib, bu barədə “Əl-Yaum əs-Sabia” qəzetinin xəbər portalında bildirilir.
Bu barədə 1news.az AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Asuan-Qahirə marşrutu ilə hərəkət edən sərnişin qatarı yolun üzərindəki sement bloka çırpılıb.
Zərbə nəticəsində qatarın bir neçə vaqonu aşıb. İlkin məlumata görə, 70 nəfərdən çox zərər çəkib. Tələfat isə yoxdur.
Məndə qeyd edir ki, qatarın birinci vaqonu poçt vaqonu olub. Sərnişinlər isə yalnız ikinci vaqonda olub.
Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə yerində istintaq aparılır.
1news.az
679