“Kapital Bank” daha bir 24/7 elektron xidmət mərkəzini istifadəyə verib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Kapital Bank” daha bir 24/7 elektron xidmət mərkəzini istifadəyə verib

17:23 - 12 / 02 / 2016
“Kapital Bank” daha bir 24/7 elektron xidmət mərkəzini istifadəyə verib

“Kapital Bank” 24/7 rejimində xidmət göstərən elektron xidmət mərkəzini istifadəyə verib.

Bu haqda 1news.az-a Bankdan verilən məlumata görə, müştərilərin rahatlığını təmin etmək məqsədilə yaradılan mərkəz paytaxtın Nərimanov rayonunda Ağa Nemətulla küçəsi 54 ünvanında yerləşir.

Həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərən elektron xidmət mərkəzində maddi vəsaitin karta mədaxil olunması (cash in), vəsaitin nağdlaşdırılması üzrə valyuta əməliyyatları aparmaq mümkündür. “Cash in”  əməliyyatı üzrə 1 dəfəyə karta maksimum 50 ədəd əsginaz mədaxil etmək mümkündür. Vəsait hesabın açıldığı  valyuta ilə karta mədaxil edildikdə heç bir komissiya haqqı tutulmur. Digər hallarda müvafiq konvertasiya faizləri tətbiq edilir. Tariflərlə keçiddən tanış olmaq olar.

http://www.kapitalbank.az/az/individual-banking/cards/

Valyuta mübadiləsi bankomatlarında AZN,USD,EUR valyutaları qəbul edilir, bunun müqabilində isə AZN,USD,EUR valyutasında əsginazları almaq mümkündür. Qeyd edilən ünvanda həmçinin ödəniş terminalları da quraşdırılıb. Ödəniş terminalları vasitəsilə müştərilər kredit və kommunal xidmət ödənişlərini də həyata keçirə bilərlər. Mərkəzdə, həmçinin Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişini etmək mümkündür.

Qeyd edək ki, bundan əvvəl 24/7 elektron xidmət mərkəzi Bakı şəhəri, Azadlıq prospekti 16 ünvanında istifadəyə verilib. Bakı şəhərində 2 saylı “Səbail”, 2 saylı “Nizami”  və “Mərkəz” filiallarının daxilində isə 24 saat xidmət göstərən ödəniş terminalları və bankomatlar müştərilərin ixtiyarındadır. 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. “Kapital Bank”ın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə “Kapital Bank”ın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
1459

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər