İndoneziyanın hakimiyyət orqanları Sumatranın üç əyalətində fövqəladə vəziyyət elan edib | 1news.az | Xəbərlər
Dünya

İndoneziyanın hakimiyyət orqanları Sumatranın üç əyalətində fövqəladə vəziyyət elan edib

09:59 - 12 / 02 / 2016
İndoneziyanın hakimiyyət orqanları Sumatranın üç əyalətində fövqəladə vəziyyət elan edib

İndoneziyanın hakimiyyət orqanları güclü daşqınlar səbəbindən Sumatra adasının doqquz əyalətindən üçündə fövqəladə vəziyyət elan edib. Təbii fəlakət nəticəsində 43 nəfərin həlak olduğu bildirilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə “Straits Times” qəzetinə müsahibəsində Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyinin rəsmi nümayəndəsi Sutoro Purvo Nuqhoro məlumat verib.

Agentliyin nümayəndəsinin sözlərinə görə, ölkənin digər rayonlarında da daşqınlar təhlükəsi var. Buna görə də müvafiq dövlət xidmətləri yüksək hazırlıq vəziyyətindədirlər. S.P.Nuqhoro, həmçinin bildirib ki, əhalinin təxliyyəsi, müvəqqəti sığınacaqların inşası və digər ehtiyaclar üçün hökumət tərəfindən 11 milyon dollar vəsait ayrılıb.

Yerli hökumət orqanlarının məlumatına görə, Banqka-Belitunq, Qərbi Sumatra və Riau əyalətlərində güclü yağışlar nəticəsində yaranan təhlükə səbəbindən 100 mindən çox insan evlərini tərk edib.

Hazırda İndoneziyanın bir çox rayonlarında ötən ilin noyabrından başlayan güclü yağışlar hələ də davam edir. Ekspertlərin qənaətinə görə, bu daşqınlar son 30 ildə ən güclü təbii fəlakətdir.

1news.az

Paylaş:
602

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər