İtaliyada kondisioner istifadəçilərinə “hava vergisi” tətbiq olunur | 1news.az | Xəbərlər
Dünya

İtaliyada kondisioner istifadəçilərinə “hava vergisi” tətbiq olunur

23:01 - 12 / 02 / 2016
İtaliyada kondisioner istifadəçilərinə “hava vergisi” tətbiq olunur

İtaliyada kondisioner istifadəçilərinə tətbiq edilən yeni vergi artıq xalq arasında “hava vergisi” adını alıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, kondisioner istifadəçilərinə vergi təxminən bir ailə üçün illik 200 avro təşkil edəcək.

Bu vergi yalnız 160 kvadratmetrdən çox sahənin soyudulması və ya isidilməsi üçün istifadə edilən və gücü 12 kilovatdan çox olan kondisionerlərə aiddir. Verginin tətbiqi məcburi hesab edilir.

1news.az

 

Paylaş:
1091

Son xəbərlər

Bütün xəbərlər