Suriya üzrə Rusiya-ABŞ işçi qrup yaradılıb | 1news.az | Xəbərlər
Dünya

Suriya üzrə Rusiya-ABŞ işçi qrup yaradılıb

23:16 - 12 / 02 / 2016
Suriya üzrə Rusiya-ABŞ işçi qrup yaradılıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münxendə Suriyada atəşin dayandırılması üzrə Rusiya-ABŞ işçi qrupunun yaradıldığını bəyan edib.

1news.az-ın məlumatına görə, diplomat və hərbçilərdən ibarət qrupun işi “günü sabah Cenevrədə başlayacaq və müntəzəm keçiriləcək”.

Lavrov diqqətə çatdırıb ki, ilk dəfə təkcə siyasi və humanitar məsələlər üzrə deyil, həm də Suriya münaqişəsinin hərbi ölçülərinə görə əməkdaşlıq və əlaqələndirmənin zəruriliyi təsbit edilib.

“Moskva ümid edir ki, kontakt qrupunun iştirakçıları müvafiq müxalifət qruplarının BMT ilə tam əməkdaşlıq etmələri üçün öz nüfuzlarından istifadə edəcəklər”- deyə, Lavrov qeyd edib.

1news.az

 

Paylaş:
894

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər