2016-cı ildə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 18.9 faiz bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

2016-cı ildə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 18.9 faiz bahalaşıb

12:11 - 12 / 02 / 2016
2016-cı ildə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 18.9 faiz bahalaşıb

2016-cı ilin yanvar ayında boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 7,5 və 33,0 faiz bahalaşıb.

1news.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, beynəlxalq əlaqələr üzrə yükdaşıma qiymətləri hava nəqliyyatnda 31,7 faiz, dəmir yolu nəqliyyatında 28,6 faiz, dəniz nəqliyyatında 28,5 faiz bahalaşdığı halda avtomobil nəqliyyatında 1,4 faiz ucuzlaşıb.

Yerli əlaqə üzrə isə yükdaşıma qiymətlərində dəyişiklik baş verməyib. Ümumilikdə, nəqliyyat sektorunda yükdaşıma qiymətləri 2015-ci ilin dekabr ayı ilə müqayisədə 18,9 faiz bahalaşıb.

1news.az

Paylaş:
991

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər