Misir Prezidenti qanunvericilik hakimiyyətinin parlamentə keçməsini elan edib | 1news.az | Xəbərlər
Dünya

Misir Prezidenti qanunvericilik hakimiyyətinin parlamentə keçməsini elan edib

20:30 - 13 / 02 / 2016
Misir Prezidenti qanunvericilik hakimiyyətinin parlamentə keçməsini elan edib

Misir Prezidenti Əbdülfəttah əs-Sisi qanunvericilik hakimiyyətinin parlamentə keçməsini elan edib.

O, bu barədə yeni Misir parlamentinin Nümayəndələr Palatasının deputatları qarşısında çıxışında bəyan edib.

O deyib: “Mən xalqın elçiləri qarşısında bəyan edirəm ki, qanunvericilik hakimiyyəti azad seçkilər nəticəsində formalaşan parlamentə keçir. Ondan Misir xalqının rifahı və onun inkişafı naminə istifadə edin”.

Dövlət başçısı yeni qanunverici məclisə hədsiz etimad göstərdiyini bildirərək vurğulayıb: “Mən sizə ölkəmizin gələcəyinin ümidi kimi baxıram.

Əbdülfəttah əs-Sisi vurğulayıb ki, son vaxtlar Misirdə xalqın qürur duya biləcəyi bir sıra möhtəşəm layihələr həyata keçirilib.

Misir Prezidenti onu da bildirib ki, Misir demokratik dövlət quruculuğu naminə ölkədə terrorizmə qarşı uğurla mübarizə aparır və bundan sonra da bunun üçün var qüvvəsi ilə çalışacaq. Onun sözlərinə görə, terrorizm Misirdə xaos yaratmağı hədəf götürüb. Lakin ordu və polis terrorçu qruplaşmalara qarşı uğurla mübarizə aparır. Prezident deyib: “Biz demokratik və çiçəklənən dövlət quruculuğu naminə bu mübarizəni davam etdirəcəyik”.

Misir Prezidenti yenə də beynəlxalq birliyi bütün dünyaya təhlükə olan terrorizmə qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb.

Paylaş:
762

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər