Mərkəzi Bank: “Azərbaycan valyuta bankı tarazlıq vəziyyətinə qayıdır”
Azərbaycan Mərkəzi Bankı ölkənin valyuta bazarında tarazlığın bərpa olunduğunu bildirib.
“Mərkəzi Bankın sonuncu valyuta hərracı zamanı valyutaya tələbatın azalması, manatın xarici valyutaya nisbətən qiymətinin möhkəmlənməsi, ölkənin valyuta bazarında tarazlığın bərpa olunması kimi qiymətləndirilir”,- deyə, Mərkəzi Bankın məlumatında bildirilir.
Tənzimlərici qeyd edir ki, 21 dekabrdan tətbiq olunan üzən məzənnə rejimi maliyyə-valyuta bazarının, həmçinin iqtisadi subyektlərin risk-menecmentin inkişafı ilə müşahidə olunur”.
“Valyuta bazarında vəziyyətin stabilləşməsi, banklar tərəfindən milli valyuta ilə daha yüksək dərəcəli depozitlərin təklif olunması, böyük gəlirliliklə milli valyutada dövlət istiqrazlarının banklar tərəfindən təsdiq olunması manatın əmanət yığın valyutası kimi daha çox istifadəsinə gətirib çıxarır”, - AMB-nin press-relizində bildirilir.
1news.az