“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülü yanğından sonra - FOTO
Fevralın 12-də SOCAR prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülünə səfər edib.
1news.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Rövnəq Abdullayev özülün yanğın söndürüldükdən sonrakı vəziyyətinə baxış keçirib.
Əsas istehsal qurğu və avadanlıqların, həmçinin quyuların vəziyyəti haqqında Şirkət prezidentinə ayrı-ayrılıqda məruzə edib.
Sonra SOCAR-ın aidiyyatı rəhbər işçilərinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib. SOCAR prezidenti yanğının söndürülməsindən sonra özüldə qəzanın nəticələrinin aradan qaldırılması qrafiki ilə tanış olaraq, bu istiqamətdə aparılacaq təmir-bərpa işlərinin əsas prioritetlərini vurğulayıb, təhlükəsizlik qaydalarına əməl olunmasının, ekoloji məsələlərə diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılmasının və quraşdırılacaq avadanlıqların etibarlılığının mühüm əhəmiyyət daşıdığını söyləyib.
Rövnəq Abdullayev özüldə hasilat prosesinin planlaşdırılan müddətdə bərpa olunması məqsədi ilə görüləcək işlərdən danışıb, idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlarını verib.
Dövlət Neft şirkətinin “Günəşli” yatağında şəkilən fotolar SOCAR-ın rəsmi internet səhifəsində yerləşdirilib.
1news.az