Sumqayıt sakini dənizdə batdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt sakini dənizdə batdı

18:15 - 15 / 02 / 2016
Sumqayıt sakini dənizdə batdı

Sumqayıtda bir nəfər dənizdə batıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə bu gün qeydə alınıb.

Belə ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə bir nəfərin batması barədə məlumat daxil olub.

 Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri həmin şəxsin axtarışına başlayıb.

1news.az

 

Paylaş:
765

Son xəbərlər

Bütün xəbərlər