“Bank of Baku” 22 yaşında –gənc bankın ən yenilikçi addımları! | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bank of Baku” 22 yaşında –gənc bankın ən yenilikçi addımları!

11:40 - 15 / 02 / 2016
“Bank of Baku” 22 yaşında –gənc bankın ən yenilikçi addımları!

Azərbaycanın “İnnovativ Bankı” adını layiqincə qoruyub saxlayan “Bank of Baku” 14 fevral 2016-cı il tarixində fəaliyyətinin 22-ci ildönümünü qeyd etdi.

Bu haqda 1news.az Banka istinadla xəbər verir.

“Sizə Yaxın Bankçılıq” şüarını əsas tutan Bank fəaliyyət göstərdiyi bütün bu illər ərzində sektorunun ən yenilikçi müştəri xidmətlərini göstərən əsas üzvlərindən biri olmaqla, müştərilərini bazara daim təqdim etdiyi ilklərlə sevindirib. 

Müştərilərin maliyyə xidmətlərinə daha rahat çıxışını təmin edən bu ilklər arasında aşağıdakıları xüsusilə xatırlatmağa dəyər:

  • Bolkart – ölkənin ilk hissə-hissə ödənişli kredit kartı
  • Ödəniş terminallarından istifadə – istənilən vaxt kreditin ödənilməsi, kart balansın dərhal artırılması, plastik kart sifarişi və digər ödənişlərin həyata  keçirilməsi
  • Kredit ödənişlərinin onlayn olaraq həyata keçirilməsi
  • İVR sistemli Məlumat Mərkəzi – 145
  • Kobrend kartlardan istifadə (İdeal, MyBrands)
  • Elektron arayış xidməti – Elektron hökumət portalı ilə əməkdaşlıqda iş yerindən arayışının bankdan ayrlmadan elektron olaraq əldə edilməsi
  • SMS kredit
  • Filiallarda Wi-fi layihəsi çərçivəsində müştərilərə özəl təkliflər.

Qeyd olunan ximdətlərin böyük əksəriyyətinə görə Bank dəfələrlə Mərkəzi Bank tərəfindən yüksək qiymətləndirilib, həmçinin müxtəlif nominasiyalar üzrə bir çox müsabiqə və xalq sorğularının qalibi seçilib.

“Bank of Baku” sektorunun yenilikçi və aparıcı qüvvəsi olmaqla yanaşı, yüzlərlə bank mütəxəssisinin inkişaf yolunun başlanğıc nöqtəsi olub. Belə ki, Müasir Azərbaycanın Bank sektorunun Akademiyası kimi qəbul olunan “Bank of Baku” işində yüksək peşəkarlıq, komanda ruhu nümayış etdirən ixtisaslı kadrların yetişməsində əvəzsiz iş mühiti rolunu oynayıb. Təsadüfi deyil ki, hal-hazırda ölkənin bir çox aparıcı banklarında və maliyyə müəssisələrində yüksək vəzifələrdə çalışan şəxslər arasında məhz “Bank of Baku”da karyerasını qurmuş şəxslər üstünlük təşkil edir.

Bütün bu illər ərzində Bank yerli və beynəlxalq səviyyədə müxtəlif şirkətlər və maliyyə qurumları ilə sıx əməkdaşlıq əlaqələri qurmuş və hal-hazırda uğurla davam etdirməkdədir.

Hal-hazırda Bank 700.000 nəfərdən çox fiziki və hüquqi şəxslərə Baş ofis, Əməliyyat mərkəzi və 20 filial vasitəsilə geniş çeşiddə maliyyə xidmətlərini göstərməkdə davam edir.

Qeyd edək ki, “Bank of Baku”nun 31 yanvar 2016-cı il tarixinə olan maliyyə göstəricilərinə əsasən likvidlik əmsalı kifayət qədər yüksəkdir. Belə ki, Mərkəzi Bankın müəyyən etdiyi minimum 30% tələbinə qarşı Bankın ani likvidlik əmsalı 330% təşkil edir. Bununla yanaşı, Bankın məcmu kapitalının adekvatlıq əmsalı qeyd olunan tarixə 15.35% təşkil edir ki, bu da Mərkəzi Bankın qoyduğu minimum 10% tələbindən yüksək göstərici hesab olunur. Eyni zamanda, 10.7% leverec əmsalına malik olmaqla, “Bank of Baku” Mərkəzi Bankın təyin etdiyi minimum 5% tələbini iki dəfədən çox olmaqla yerinə yetirir. 

“Bank of Baku”nun fəaliyyəti və təqdim etdiyi xidmətlər haqqında daha ətraflı məlumatla Bankın rəsmi internet ünvanından http://www.bankofbaku.com/ tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Paylaş:
675

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər