Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsində dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsində dəyişiklik edilib

13:12 - 16 / 02 / 2016
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsində dəyişiklik edilib

Prezident İlham Əliyev 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1322-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 1488 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 524; 2011, № 2, maddə 85; 2013, № 6, maddə 632; 2015, № 2, maddə 126) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.5-ci bəndində “uçotdan” sözü “qeydiyyatdan” sözü ilə, “uçotunda” sözü isə “xüsusi qeydiyyatında” sözləri ilə əvəz edilsin”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2016-cı il.

1news.az

Paylaş:
1062

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər