Kəmaləddin Heydərov: “Tikinti şirkətləri heç bir maneə ilə üzləşməyəcək”
“Gələcəkdə tikinti şirkətlərinin də iştirakı ilə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq. İş adamlarının problemləri İctimai Şurada müzakirə olunacaq, aradan qaldırılması üçün tədbirlər görüləcək”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün tikinti sahəsində fəaliyyət göstərən tikinti şirkətlərinin rəhbərləri ilə görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, yeni Tikinti və Şəhərsalma Məcəlləsi aparılan hüquqi islahatların tərkib hissəsi kimi hazırlanıb: “Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır. Bu gün tikinti sahəsində istifadə olunan materialların əksər hissəsi Azərbaycanda istehsal olunur. Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək. Bundan sonra da tikinti şirkətləri bu sahədə heç bir maneə ilə üzləşməyəcək”.
1news.az