Tovuzun Qovlar şəhərində Gənclər Evi istifadəyə verilib | 1news.az | Xəbərlər
Rəsmi

Tovuzun Qovlar şəhərində Gənclər Evi istifadəyə verilib

20:39 - 16 / 02 / 2016
Tovuzun Qovlar şəhərində Gənclər Evi istifadəyə verilib

Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhərindəki Gənclər Evinin açılışında iştirak edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti 2003-cü ildən başlayaraq Azərbaycanda uğurlu nəticələrlə yadda qalıb. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu proseslərdə çox mühüm rol oynayıb. Daha sonra həyata keçirilən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” bu tədbirlərin məntiqi davamıdır. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul yaratmaqdır.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və Gənclər mərkəzləri, o cümlədən Tovuz rayonunun Qovlar şəhərində Gənclər Evinin yaradılması da bu məqsədə xidmət edir.

Dövlətimizin başçısına Qovlar şəhər parkında görülən işlər barədə ətraflı məlumat verildi.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, Gənclər Evinin binası zirzəmi ilə birgə dörd mərtəbədən ibarətdir. Ərazisi 4400 kvadratmetr olan Gənclər Evinin binası respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Gənclər Evinin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, Tovuz rayonuna səfərlərini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Gənclər Evində istedadlar, ünsiyyət və gənclərin intellektual klubları fəaliyyət göstərəcək. Bu layihələr Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır.

Diqqətə çatdırıldı ki, burada gənclərin intellektual klubu, gənc iqtisadçılar klubu, kompyuter dərnəyi, peşəyönümü mərkəzi, istedadların hazırlıq laboratoriyası, elektron kitabxana, karyera mərkəzi, rəqs zalı, toxuculuq və tikiş dərnəkləri, vətənpərvərlik klubu fəaliyyət göstərəcək. Gənclər Evindəki 120 yerlik akt, 36 yerlik toplantı zallarında rayon və respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Sərgi salonunda gənc rəssamların əl işləri nümayiş etdirilir. Bilyard, tennis və fitnes zallarında yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verəcək.

Azərbaycanda gəncliyə dövlət qayğısı gələcək uğurlara hesablanan siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bu da Azərbaycan gəncliyinin sabahına inamla baxmağa əsas verir. Gənclər evlərinin yaradılması isə bu siyasətin uğurla həyata keçirilməsində mühüm rol oynayacaq.

AZƏRTAC

Paylaş:
756

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər