ADİF: “Texnikabank” əmanətçilərinə 1,1 milyondan artıq kompensasiya ödənilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADİF: “Texnikabank” əmanətçilərinə 1,1 milyondan artıq kompensasiya ödənilib

00:17 - 16 / 02 / 2016
ADİF: “Texnikabank” əmanətçilərinə 1,1 milyondan artıq kompensasiya ödənilib

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

Bu haqda 1news.az-a Əmanətlərin Sığortalanması Fondundan (ADİF) verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçilərinə 1,1 milyondan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən  başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

 Xatırladaq ki, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

1news.az

Paylaş:
785

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər