Qazaxıstanın baş nazirinin birinci müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxıstanın baş nazirinin birinci müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub - FOTO

12:55 - 16 / 02 / 2016
Qazaxıstanın baş nazirinin birinci müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub - FOTO

Bakıda səfərdə olan Qazaxıstanın baş nazirinin birinci müavini Bakıtjan Sagintayevin başçılıq etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Limanının Baş direktoru Taleh Ziyadov Bakıtjan Sagintayevin başçılıq etdiyi nümayəndə heyətini limandakı iş prosesi ilə yaxından tanış edib. Qonaqlar Bakı limanında yüklərin tranziti sxemi, gömrük məntəqəsinin işi, limanda yan almış “Akademik Zərifə Əliyeva” bərəsi ilə tanış olublar.

1news.az

Paylaş:
1139

Son xəbərlər

Bütün xəbərlər