"DəmirBank" rəhbərliyi "Parabank"la konsolidasiya haqqında yayılan xəbərlərə aydınlıq gətirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

"DəmirBank" rəhbərliyi "Parabank"la konsolidasiya haqqında yayılan xəbərlərə aydınlıq gətirib

17:03 - 17 / 02 / 2016
"DəmirBank" rəhbərliyi "Parabank"la konsolidasiya haqqında yayılan xəbərlərə aydınlıq gətirib

"DəmirBank"ASC digər bank - "Parabank"ASC ilə gözlənilən birləşməsi barədə mətbuatda yayılan xəbərlərin doğru olmadığını açıqlayıb.

1news.az-ın bankın rəsmi saytına istinadən verdiyi xəbərə görə, "DəmirBank" adıçəkilən bankla birləşmək haqda danışıq aparmayıb.

"Son zamanlar mətbuatda "DəmirBank"ın hər hansı bir bankla birləşməsinə dair məlumatlar yayılıb. Şəffaflıq ənənələrinə sadiq qalaraq, "DəmirBank" hər zaman strateji qərarlarını müştərilərə və mətbuata açıqlayır. "DəmirBank"la "AGBank" arasında ilkin niyyət protokolu imzalansa da, fevralın 11-də nəzərdə tutulmuş konsolidasiya prosesi ləğv edilib.

Sözügedən konsolidasiya prosesi üzrə müzakirələr dayandırıldıqdan sonra "DəmirBank" "Parabank"la birləşmək haqda heç bir danışıqlara başlamayıb. Hər hansı bir bankla birləşmə haqqında müzakirələr başlandığı halda, ictimaiyyətə, tərəfdaşlara və mətbuata bunun haqqında məlumat veriləcək", - deyə məlumatda bildirilir.

1news.az

Paylaş:
722

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər