Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apellyasiya Şurasının ilk iclası keçirildi
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, iclasda qeyd edilib ki, ictimai əsaslarla fəaliyyət göstərəcək Apelyasiya Şurasının yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsidir.
İclasda daxil olan şikayətlərlə əlaqədar araşdırmaların hərtərəfli, tam və obyektiv aparılmasına dair, eləcə də şikayətlərlə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
1news.az