Türkiyədə daha bir terror aktı törədildi, 6 əsgər şəhid oldu | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə daha bir terror aktı törədildi, 6 əsgər şəhid oldu

1news Redaksiyası14:00 - 18 / 02 / 2016
Türkiyədə daha bir terror aktı törədildi, 6 əsgər şəhid oldu

Ankarada baş verən partlayışın şokundan ayılmamış Türkiyədə daha bir terror aktı baş verib.

1news.az-ın məlumatına görə, hadisə ölkənin şimal-şərqində yerləşən Diyarbəkir vilayətində qeydə alınıb.

Belə ki, bu gün səhər saatlarında hərbçiləri daşıyan zirehli mikroavtobus Diyarbəkir-Lice yolunda hərəkət edərkən terrorçular tərəfindən uzaqdan idarə olunan bomba partladılıb. Nəticədə 6 əsgər həlak olub, 1-i yaralanıb.

Hadisə yerinə çoxlu sayuda ambulanslar göndərilib. Faktla bağlı araşdırmalar aparılır.

1news.az

 

 

Paylaş:
1005

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər