“Bank of Baku” verdiyi sözü tutur: Bankın əmanətçiləri “15 İl Boyunca Qazan”ır
“Bank of Baku” əmanət müştərilərinə özəl icra etdiyi və ümumi uduş fondu 247.500 manat təşkil edən “15 İl Boyunca Qazan” əmanət kampaniyasının öhdəliklərini yerinə yetirməkdə davam edir.
2009-cu ildən etibarən icra olunan bu kampaniya çərçivəsində artıq 8-ci ildir ki, Bank kampaniyanın bir nəfər əsas qalibinə hər il 10.000 AZN, 5 qalibinə 1000 AZN və 15 nəfər qalibinə isə hər il 100 AZN dəyərində mükafat təqdim edir. Qaliblər, növbəti 7 il ərzində, 2023-cü ilədək “Bank of Baku”nun onlara söz verdiyi və 15 il boyunca qazandırdığı mükafatı əldə edəcəklər.
Kampaniyanın qüvvədə olduğu 15 il ərzində, ümumilikdə 150.000 AZN qazanacaq əsas mükafatın qalibi hazırda Naxçıvan Muxtar Respublikasında yaşayan Cəlilova Valentinadır. Valentina xanım, lotoreyanın qalibi olması haqqında xəbəri ilk dəfə şagirdlərindən eşitdiyini və bu xəbərin doğru olduğuna inanmadığını bildirir:
“Şagirdlərim mənə “Bank of Baku”nun təşkil etdiyi lotereyada qalib gəldiyimi deyəndə, düzü ilk əvvəl inanmadım. Bu xəbər ətrafımda olan hər kəs kimi, mənim üçün böyük bir şok idi. Bankın mənə 15 il ərzində bu məbləğdə mükafat verəcəyi bir nağıl kimi gəlirdi. Amma artıq 8 ildir ki, bu nağıl yox, həyatım üçün qazandığım ən böyük dəstəkdi. İndi 81 yaşındayam, “Bank of Baku”nun ayırdığı bu mükafat, bu yaşımda heç kimə ehtiyacım olmadan həyatımı daha rahat yaşamağım üçün kömək edir. “Bank of Baku” rəhbərliyinə, mənə belə bir nağıl yaşatdıqları üçün minnətdarlığımı bildirirəm. Allah sizlərdən razı olsun!”
Valentina xanım ilə yanaşı, 15 il ərzində hər il 1000 AZN qazanan 5 nəfər qalibdən biri Gülbəniz Zeynalova da bu xəbərin zarafat olduğunu düşünüb:
“Lotereya qalibi olduğum haqqında xəbəri, ilk dəfə bank əməkdaşlarından eşitdim. Zəng edib, deyəndə ki, qalib gəlmisiniz, gəlin hədiyyənizi götürün, düzü inanmadım, dedim yəqin zarafat edirlər. Artıq banka gələndə, xəbərin doğru olduğuna əmin oldum. Sağ olsun, “Bank of Baku”, verdiyi sözün üstündə durur, hər il özləri çağırır, gedib rahat şəkildə pulumu götürə bilirəm. “Bank of Baku”dan, işçilərindən çox razıyam, bütün qohumlarımı, tanışlarımı və hər kəsi əmanətlərini mənim kimi ora etibar etməyi tövsiyyə edirəm. Əmanətçilərin etibarını qazanan ən yaxşı bankdır. Dünya durduqca, onlara duaçıyam. Allah onlara uzun ömür versin, çox böyük savab iş görüblər.”
Bankın İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru Nigar Tahirova “Bank of Baku”nun müştərilərə verdiyi sözü növbəti illərdə də tutacağını bildirir:
“Əmanətlərini bizə etibar edən, bütün müştərilərimizə təşəkkür edir, kampaniyada qalib gələn 21 əmanətçinin hər birini isə ayrı-ayrılıqda bir daha təbrik edirik. Sizin etimadınız, bizim ən böyük dəyərimizdir. Etimadınızı kampaniyanın qüvvədə olduğu növbəti illər ərzində də, doğrultmağa söz veririk! Qeyd edim ki, bu günə qədər, “Bank of Baku” lotereya qaliblərinə ümumilikdə 132.000 AZN məbləğində mükafat təqdim edib. Növbəti 7 il ərzində isə, 247.500 AZN təşkil edən ümumi uduş fondunun digər hissəsi 115.500 AZN qalib əmanətçilərimizə təqdim olunacaq.”
Xatırladaq ki, “15 İl Boyunca Qazan” əmanət kampaniyası Bankın 15 illik yubileyi ilə bağlı 2009-cu ildə əmanət müştəriləri üçün keçirilən stimullaşdırıcı lotoreyadır. Kampaniya çərçivəsində Banka əmanət yerləşdirən müştərilər arasında təsadufi seçim prinsipi əsasında 21 nəfər qalib müəyyən olunmuş və 15 il ərzində “Bank of Baku”nun götürdüyü öhdəliyə əsasən hər il bir dəfə olmaqla qalib gəldikləri məbləği Bankdan götürmək imkanı təqdim olunub.
Qeyd edək ki, hazırda, “Bank of Baku” 22 illiyi ilə əlaqədar olaraq əmanətçilərə özəl yeni kampaniya həyata keçirir. 29 fevral tarixinədək davam edəcək kampaniya haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.
Daha ətraflı:
145 məlumat mərkəzi