Rusiya Ankarada törədilən terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ankarada törədilmiş terror aktı ilə bağlı Türkiyə xalqına başsağlığı verib.
1news.az bu barədə Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, açıqlamada baş vermiş hadisədən dərin təəssüf hissi ifadə edilib.
“Biz həlak olanların ailə üzvlərinin və yaxınlarının dərdinə şərik olub, xəsarət alanların tezliklə sağalmasını arzu edirik. Bu dəhşətli cinayətin bəraəti ola bilməz. Onun təşkilatçıları və təhrikçilər öz əməllərinə görə cavab verməlidirlər”, - deyə bəyanatda bildirilir.
Rusiya XİN bəyan edib ki, baş vermiş terror hücumu bir daha bütün ölkələrin beynəlxalq terrora qarşı mübarizədə birləşməsinin vacibliyini göstərir.
1news.az
1419