Beynəlxalq ictimaiyyət Ankarada baş verən terror aktını qınayır
Çərşənbə günü Ankarada baş verən güclü zəlzələ ən azı 28 nəfərin ölümünə səbəb olub. 61 nəfər isə xəsarət alıb.
Məlumatlara görə partlayıcı maddə ilə dolu olan avtomobil hərbçilərin avtobusunun yanından keçərkən partladılıb. Qeyd edək ki, partlayış parlament binası və Hərbi Qüvvələrin Baş Qərargahının yaxınlığında baş verib.
Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bu partlayışı terror aktı adlandırıb. Hadisəyə görə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Azərbaycana, Baş nazir Ə. Davudoğlunu isə Belçikaya səfəri ləğv olunub.
Beynəlxalq ictimaiyyət terror aktını qınayan bəyanatlarla çıxış edib. BMT-nin baş katibi Pan Ge Mun faciəli hadisə qurbanlarının ailəlırinə başsağlığı verib və BMT-nin Türkiyə xalqı və hakimiyyəti ilə həmrəy olduğunu bildirib. O, ümid edir ki, günahkarlar məsuliyyətə cəlb olunacaq.
Avropa İttifaqı diplomatik xidməti və Avropa Şurası baş katibi bəyanatlarlnda türk xalqına bu ağır günlərdə dəstək ifadə olunub.
ABŞ Dövlət Departamenti həmçinin türk xalqına başsağlığı verib, partlayış nəticəsində xəsarət alanların tezliklə sağalmasını diləyib. Qeyd olunub ki, Türkiyə NATO üzvü kimi ABŞ-ın tərəfdaşıdır və İŞİD-ə qarşı mübarizədə koalisiya üzvüdür.
1news.az