Standard & Poor's - 2016-cı ildə Muğanbank-ın aktivləri pisləşib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Standard & Poor's - 2016-cı ildə Muğanbank-ın aktivləri pisləşib

12:54 - 18 / 02 / 2016
Standard & Poor's - 2016-cı ildə Muğanbank-ın aktivləri pisləşib

Standard & Poor's kredit reytinqləri xidməti MuğanBank ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqini “B-/C” səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz “Mənfi”dir.

“MuğanBank reytinqinin təsdiqlənməsi göstərir ki, Bank orta səviyyəli bir çox Azərbaycan, Rusiya, Qazaxıstan banklarından fərqli olaraq daha sabit biznes-profilə malikdir. BU onun ölkənin bir çox regionlardakı mövqeyi, biznesin adekvat strukturu,aqressiv olmayan inkişaf strategiyası  ilə müəyyənləşir.    

“Hal-hazırda Muğanbankın biznes mövqeyi “orta səviyyəli” qiymətləndirilir. Bunu əsas bank fəaliyyəti sahəsindəki yüksək gəlir göstəricilərinə görə demək mümkündür”-, agentliyin rəsmi saytında deyilir.

 “Mənfi” proqnozu isə onula əlaqədardır ki, əməliyyat mühitinin pisləşməsi, manatın dəyərinin düşməsi və rezervlərin yaradılması ehtiyacının artması yaxın 12 ay ərzində bankın kapital bazasının azalmasına gətirib çıxara bilər”.

 Yaxın 12-18 ay ərezində biz mənfi reytinq qiymətləndirməsi apara bilərik. Bu bankın fondlaşma və likvidlik göstəriciləri pisləşdiyi zaman baş verə bilər”.

1news.az

Paylaş:
940

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər