Azərbaycanlı Gənclər Şurasının fəalları Türkiyənin Polşdakı səfirliyini ziyarət ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı Gənclər Şurasının fəalları Türkiyənin Polşdakı səfirliyini ziyarət ediblər

13:07 - 19 / 02 / 2016
Azərbaycanlı Gənclər Şurasının fəalları Türkiyənin Polşdakı səfirliyini ziyarət ediblər

Polşa Azərbaycanlı Gənclər Şurasının fəalları Ankarada fevralın 17-də baş verən terror hadisəsinin qurbanlarını yad etmək üçün Türkiyə Respublikasının Səfirliyini ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət komitəsindən 1news.az-a verilən məlumata görə, səfirliyin önünə qərənfillər düzülüb, üzərində  “Terrora Yox!” şüarları yazılan plakatlar yerləşdirilib.

Ziyarət zamanı səfirliyin yüksək vəzifəli şəxsləri diaspor nümayəndələri ilə görüşüb. Diaspor üzvləri türk xalqının kədərini bölüşdüklərini diqqətə çatdırıblar. Azərbaycanın  bəşəriyyət üçün ciddi təhlükə qaynağı olan terrorizmi qəti şəkildə pislədiyini,  hər zaman qardaş Türkiyənin yanında olduğunu vurğulayıblar.

Səfirlik nümayəndələri dəstəyə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycan və Türkiyə hər zaman ən çətin məqamlarda birlik və həmrəylik nümayiş etdirib.

Səfirlik əməkdaşları bu ziyarətin xalqlarımız arasında ortaq etnik köklərə və tarixə söykənən birliyin ifadəsi kimi xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Sonda səfirlik nümayəndələrinə Polşa Azərbaycanlı Gənclər Şurası adından başsağlığı məktubu təqdim olunub.

1news.az

Paylaş:
982

Son xəbərlər

Bütün xəbərlər