Azərbaycan və Belorus prezidentləri iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafını müzakirə ediblər
Bu gün Azərbaycan prezidenti İlham Əliyevlı Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Belarus prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı ilə bağlı müzakirə aparıblar.
“Prezidentlər qarşılıqlı ticarətin fəallaşdırılmasına hazır olduqlarını ifadə ediblər. Belarus tərəfi xüsusilə, gələcəkdə üçüncü ölkələrin bazarlarına çıxmaq üçün Azərbaycanla bütün sahələr üzrə birgə istehsalın yaradılması məsələsini nəzərdən keçirməyə hazırdır. Dövlət başçıları beynəlxalq gündəlikdə olan məsələləri də müzakirə edib və ikitərəfli münasibətlərin strateji xarakterini bir daha vurğulayıblar”, - deyə məlumatında qeyd olunub.
1news.az