Parlament komitəsi 2016-cı ilin dövlət büdcəsinə düzəlişlər layihəsini qəbul edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Parlament komitəsi 2016-cı ilin dövlət büdcəsinə düzəlişlər layihəsini qəbul edib

17:35 - 19 / 02 / 2016
Parlament komitəsi 2016-cı ilin dövlət büdcəsinə düzəlişlər layihəsini qəbul edib

İqtisadi siyasət, sənaye və sahibkarlıq üzrə parlament komitəsi 2016-cı ilin dövlət büdcəsinə düzəlişlər layihəsini qəbul edib və sənədi parlamentin plenar iclasında müzakirə etməyi tövsiyə edib.

1news.az-ın İnterfaks-Azərbaycan agentliyinə istinadla verdiyi xəbərə görə, parlamentdən verilən məlumata görə, bu qərar komitənin cümə günü keçirilən iclasında qəbul edilib.

Düzəlişlər layihəsini maliyyə naziri Samir Şərifov təqdim edib.

Düzəlişlərə əsasən, 2016-cı il dövlət büdcəsinin gəlirləri 2 mlrd. 256 mln. manat və ya 15,5% - 16 mlrd. 822 mln. manata qədər, xərcləri 13,7% - 18 mlrd. 495 mln. manata qədər artacaq, kəsir 1 mlrd. 673 mln. manat təşkil edəcək.

Gəlirlərin strukturunda Vergilər Nazirliyinin planının 6,2% - 7 mlrd. 10 mln. manata qədər, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 13,8% - 1 mlrd. 810 mln. manata qədər artırılması təklif olunur.

Dövlət Neft Fondundan transfertlər 1 mlrd. 615 mln. manat və ya 26,9% - 7 mlrd. 615 mln. manata qədər artacaq. ARDNF-in transfertləri cari ildə dövlət büdcəsinin gəlirlərinin 45,3%-ni təmin edəcək. Dövlət büdcəsinin digər gəlirləri 13 mln. manat artacaq.

Əlavə xərclərin strukturunda sosial tədbirlərin maliyyələşdirilməsinə 1 mlrd. 290 mln. manat yönəldiləcək.

Düzəlişlər nəzərə alınmaqla, ümumilikdə 2016-cı ildə dövlət büdcəsinin xərclərinin 65,5%-ni cari, 24,9%-ni əsaslı xərclər, 9,6%-ni dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edəcək.

Dövlət büdcəsinə edilən düzəlişlərdə neftin bir barelinin qiyməti 25 dollardan hesablanıb, baxmayaraq ki, dövlət büdcəsi neftin bir barelinin qiyməti 50 dollar olmaqla təsdiq edilmişdi.

Parlament düzəlişlər layihəsinə fevralın 23-də keçiriləcək plenar iclasda baxacaq.

2016-cı ildə dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat, xərcləri 16 mlrd. 264 mln. manat, kəsiri 1 mlrd. 698 mln. manat səviyyəsində təsdiq edilib.

1news.az

Paylaş:
904

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər