Mədəniyyət və turizm naziri Sumqayıt Dövlət Dram Teatrında aparılan təmir işləri ilə tanış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət və turizm naziri Sumqayıt Dövlət Dram Teatrında aparılan təmir işləri ilə tanış olub

17:51 - 19 / 02 / 2016
Mədəniyyət və turizm naziri Sumqayıt Dövlət Dram Teatrında aparılan təmir işləri ilə tanış olub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aparılan təmir-bərpa işləri ilə tanış olub.

1news.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, teatrda aparılan əsaslı təmir işləri haqqında nazirə geniş məlumat verilib.

Bildirilib ki, bərpa işləri başa çatandan sonra teatrın əsas zalının tutumu 650 nəfərə qədər artacaq. Əsaslı yenidən qurulacaq bina müasir səhnə avadanlıqları, işıqlandırma sistemləri ilə təmin olunacaq.

O da diqqətə çatdırılıb ki, təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan həyata keçirilir. Sənət ocağının yaradıcı heyəti məşqlərini davam etdirir, yeni tamaşalar nümayiş olunacaq.

Nazir əsas tamaşa zalının lazımi avadanlıqlarla təmin olunması, eləcə də filmlərin nümayişi üçün kino zalının böyük ölçülü monitorla təchiz edilməsi ilə bağlı tapşırıqlar verib. Binanın daxili və xarici tərtibatının yüksək səviyyədə qurulması, işıqlandırma və səsləndirmə aparatlarının müasir tələblərə uyğun hazırlanması üçün mütəxəssislərin cəlb olunmasının zəruriliyini vurğulayıb.

Sonda Ə.Qarayev işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi və digər məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

1news.az

Paylaş:
583

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər