Prezident yanında Əfv Məsələləri Komissiyası haqqında fərmanda dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident yanında Əfv Məsələləri Komissiyası haqqında fərmanda dəyişiklik edilib

18:56 - 19 / 02 / 2016
Prezident yanında Əfv Məsələləri Komissiyası haqqında fərmanda dəyişiklik edilib

İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 508 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb

1news.az Azərbaycan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 508 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 406; 2004, № 7, maddə 532; 2015, № 11, maddə 1301) 1-ci hissəsi ləğv edilsin.

president.az

Paylaş:
963

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər