Britaniyalıların əksəriyyəti ölkənin Avropa İttifaqından çıxmasını dəstəkləyir | 1news.az | Xəbərlər
Dünya

Britaniyalıların əksəriyyəti ölkənin Avropa İttifaqından çıxmasını dəstəkləyir

21:27 - 19 / 02 / 2016
Britaniyalıların əksəriyyəti ölkənin Avropa İttifaqından çıxmasını dəstəkləyir

Britaniyalıların əksəriyyəti referendumun bu gün keçiriləcəyi təqdirdə ölkənin Avropa İttifaqından çıxması ideyasını dəstəklədiyini bildirib. Bu, TNS kompaniyasının keçirdiyi sosioloji sorğu nəticəsində məlum olub.

1news.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, rəyi soruşulanların 36 faizi Böyük Britaniyanın 28 Avropa ölkəsinin ittifaqından çıxmasının tərəfdarı olduqlarını deyib. Respondentlərin 34 faizi bunun əksi olan rəy söyləyib. Sorğuda iştirak edən britaniyalıların 23 faizi öz mövqeyini hələ ki, müəyyənləşdirməyib, 7 faizi isə ümumiyyətlə Baş nazir Devid Kemeronun seçkiqabağı verdiyi vədlərdən biri olan referendumda iştirak etməyəcəyini bildirib.

Maraqlıdır ki, Avropa İttifaqına şübhə ilə yanaşanların əksəriyyəti 55 yaşdan yuxarı şəxslərdir. Bu yaş qrupunda rəyi soruşulanların 48 faizi ölkənin Aİ-nin tərkibindən çıxmasını dəstəklədiyini etiraf edib. Hadisələrin bu cür inkişafının əleyhinə olanların çoxu isə Böyük Britaniyanın 18-24 yaş arasındakı vətəndaşlarıdır. Onların 57 faizi Londonun Brüssellə əlaqələrinin kəsilməsini istəmir.

 

Paylaş:
767

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər