Rusiya silah-sursat almaq üçün Ermənistana 200 milyon dollar kredit ayırıb
Rusiya və Ermənistan rəsmiləri arasında aparılan danışıqlar nəticəsində Ermənistana kredit verilməsi haqqında razılıq əldə olunub.
1news.az xəbər verir ki, neftin qiymətinin düşməsi və iqtisadi qeyri-stabilliyə baxmayaraq Rusiya hökuməti qərara gəlib ki, 200milyon dollar məbləğində ayrılan kredit müttəfiq dövlətə 10 il müddətinə verilib. Bu haqda Rusiya KİV-ində məlumat yayılıb.
Vəsait Rusiya istehsalı olan hərbi texnikanın və silahların alınmasının maliyyələşməsinə ayrılıb.
Sənədə əlavəyə əsasən, Ermənistan Rusiyadan “Smerç” reakiv yaylım atəşi sistemləri və onun sürsatlarını, “Igla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odatanları,“9M113M” idarəolunan raketləri, “RPG-26” qumbaraatanları, Draqunov snayper tüfəngi, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq.
1news.az