Yanvarda Azərbaycandakı magistral neft kəmərləri ilə 3,7 milyon ton neft nəql edilib
Keçən ay Azərbaycandakı magistral neft kəmərləri ilə 3,7 milyon ton neft nəql olunub.
Nəqletmənin 79,6 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və ay ərzində bu kəmər vasitəsilə 2,91 milyon ton neft ötürülüb. Yanvarda BTC ilə 0,4 min ton tranzit neft də nəql edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
995