Fici sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
Sakit okeanın Fici sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Ficinin paytaxtı Suva şəhərindən 476 kilometr cənub-şərqdə, ocağı isə 579 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan olunmayıb. Əsas təkanın ardınca afterşoklar dalğası qeydə alınıb.
592