Səudiyyə Ərəbistanında İranın xeyrinə casusluqda şübhəli bilinən 32 nəfərin məhkəməsi başlayıb
Səudiyyə Ərəbistanında İrana casusluqda şübhəli bilinən 32 nəfərin məhkəmə prosesi başlayıb.
1news.azxəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Məlumata görə, onların 30-u Səudiyyə Ərəbistanı, biri İran, biri isə Əfqanıstan vətəndaşlarıdır.
Onlar İranın xüsusi xidmət orqanlarına gizli informasiyalar ötürməkdə, krallığın iqtisadiyyatına ziyan vurmaqda, təriqətlərarası iğtişaş yaratmaqda, Səudiyyə Ərəbistanı əhalisinin bütövlüyünü təhdid etməkdə ittiham olunurlar.
Xəbərə əsasən, şübhəlilər 2013-cü ildə həbs edilsələr də, onların məhkəmə prosesi indi başlayıb.
1news.az
591