Ficidə baş verən qasırğa nəticəsində həlak olanların sayı 20-yə çatıb – FOTO
Dağıdıcı “Uinston” (Winston) qasırğasının Ficiyə çatması nəticəsində həlak olanların sayı 20-yə çatıb. Təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb.
Ən yüksək – beşinci dərəcə gücü verilmiş “Uinston” qasırğasının mərkəzində küləyin sürəti saatda 230 kilometrə, ani şiddəti isə 315 kilometrə çatıb. Adaların sahillərində okean dalğalarının hündürlüyünün 12 metrə çatdığı bildirilir.
Ficinin paytaxtı Suva şəhər administrasiyasının məlumatına görə, qasırğa şəhərdə 140 ev tamamilə dağıdıb. Evlərini itirmiş sakinlər təxliyə mərkəzlərində qalmaqda davam edirlər. Fevralın 20-də Fici hökuməti fövqəladə vəziyyət və komendant saatı elan etmişdi. Təbii fəlakət rejiminin bir ay davam edəcəyi, komendant saatının isə fevralın 22-də ləğv olunduğu bildirlir. Bu gün Fici ilə beynəlxalq hava nəqliyyatının bərpa ediləcəyi də gözlənilir.
1news.az